Cəmiyyət

“Şəngülüm”ün istilik problemi - İdarə söz verdi

06 Jan 2026, 11:12 3 baxış
“Şəngülüm”ün istilik problemi - İdarə söz verdi

Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Şəngülüm” körpələr evi-uşaq bağçasında istilik sisteminin verilməməsi ilə bağlı valideynlər narahatlıq ifadə ediblər. Bildirilib ki, qış mövsümündə istilik təminatında yaranan problem uşaqların sağlamlığı və bağçada normal tədris-tərbiyə prosesinə mənfi təsir göstərə bilər.


Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Axar.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Şəngülüm” körpələr evi-uşaq bağçasının istilik sistemində texniki problem yaranıb və bağçaya istiliyin verilməsi üçün alternativ vasitələrdən istifadə olunur.


“Məsələnin qısa zamanda həlli məqsədilə aidiyyəti quruma müraciət olunub və hazırda zəruri tədbirlər görülməkdədir”, - qurumdan bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər