Cəmiyyət

Bu ölkələrdən ət məhsullarının gətirilməsinə - Qadağa

06 Jan 2026, 11:23 3 baxış
Bu ölkələrdən ət məhsullarının gətirilməsinə - Qadağa

Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alındığından bu bölgələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.


Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.


Bildirilib ki, Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.


Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər