Cəmiyyət

Yanvarda 5 gün dərs olmayacaq

06 Jan 2026, 10:07 2 baxış
Yanvarda 5 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili başlayacaq.


Axar.az milli.az-a istinadən xəbər verir ki, məktəblilərin qış tətili yanvarın son həftəsində (27-31 yanvar) olur, bu, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin Qərarına əsaslanır.


2025-2026-ci tədris ili üçün də məktəblilərin qış tətili yanvarın 27-dən başlayacaq.


Fevralın 1-i bazar gününə düşdüyündən, ikinci yarımilin ilk dərs günü 2 fevralda olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər