Digər

Qrenlandiya Venesuela ilə müqayisə edilə bilməz! - Nilsen

06 Jan 2026, 00:43 1 baxış
Qrenlandiya Venesuela ilə müqayisə edilə bilməz! - Nilsen

Qrenlandiyanı Venesuela ilə müqayisə etmək olmaz və ABŞ-ın Qrenlandiyanı ələ keçirmək niyyəti yoxdur.


Axar.az xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen deyib.


"Ölkəmiz Venesuela ilə müqayisə edilə bilməz. Biz demokratik dövlətik və illərdir beləyik. Bu, ABŞ-ın Qrenlandiyanı fəth edə biləcəyi bir vəziyyət deyil. Buna görə də, biz panikaya düşməməliyik. Biz bütün variantları araşdırırıq", - deyə o bildirib.


Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp Qrenlandiyanın ABŞ-ın müdafiəsi üçün lazım olduğunu açıq şəkildə qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər