Digər
Rusiyadan ABŞ-a: Maduronu azad et!
ABŞ-ı Venesuela Prezidenti Nikolas Maduronu azad etməyə çağırırıq.
Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.
O bildirib ki, ABŞ-ın Venesuelada etdiklərinə heç cür haqq qazandırmaq mümkün deyil.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.
Mənbə
axar.az