Digər

Maduronun oğlundan atasının qaçırılmasına - Reaksiya

05 Jan 2026, 17:27 1 baxış
Maduronun oğlundan atasının qaçırılmasına - Reaksiya

ABŞ tərəfindən saxlanılan Venesuela Prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Querra ortaya çıxıb.


Axar.az Unikal.az-a istinadən xəbər verir ki, onlayn yayımlanan səs yazısında çıxış edən Maduro Querra, baş verənlərin məsuliyyətini daşıyan şəxslərin tarix qarşısında ifşa olunacağını bildirib.


Onun açıqlamaları Maduronun ətrafında formalaşan “Çavismo” hərəkatı daxilində daxili parçalanmaların ola biləcəyinə işarə edib.


"Xəyanət edənlərin kim olduğunu tarix göstərəcək. Tarix bunu mütləq üzə çıxaracaq",- deyə o vurğulayıb.


Querra eyni zamanda “xarici hücum”a qarşı daha güclü siyasi və hərbi koordinasiyanın zəruri olduğunu bildirib.


Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Mənbə axar.az

Oxşar Xəbərlər