İqtisadiyyat

Növbəti ildən daha çox vergi ödəməli olacaqsınız - Qanun nə deyir? - VİDEO

28 Sep 2026, 05:00 2 baxış
Növbəti ildən daha çox vergi ödəməli olacaqsınız - Qanun nə deyir? - VİDEO
Gəlir vergisi fiziki şəxslərin əldə etdikləri gəlirlərdən (məsələn, əməkhaqqı, sahibkarlıq fəaliyyəti, dividend, faiz gəlirləri və s.) dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu vətəndaşlardan tutulacaq gəlir vergisinin artımı ilə bağlıdır. 2027-ci ildən əməkhaqqı alan şəxslər üçün gəlir vergisinin hesablanması qaydasında dəyişiklik olacaq. Bəs gəlirimizdən nə qədər vergi tutulacaq?

2027-ci il yanvarın 1-dən aylıq gəliri 2 500 manatadək olan şəxslərdən 5 faiz gəlir vergisi tutulacaq. 2 500 manatdan 8 000 manatadək gəliri olanlar isə 125 manat və 2 500 manatdan yuxarı məbləğin 10 faizi qədər vergi ödəyəcəklər. Aylıq gəlir 8 000 manatdan çox olduqda isə vergi 675 manat və 8 000 manatdan yuxarı hissənin 14 faizi olacaq. 2028-ci il yanvarın 1-dən isə 2 500 manatadək gəlirə tətbiq edilən vergi dərəcəsi 7 faizə yüksələcək. Bu halda 2 500-8 000 manat aralığında gəlirlər üçün sabit məbləğ 175 manat, 8 000 manatdan yuxarı gəlirlər üçün isə sabit məbləğ 725 manat olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər