Digər
Netanyahu onunla gizli şəkildə görüş üçün BƏƏ-yə getdi
İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 27-də gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər edib.
Axar.az xəbər verir ki, bu barədə “Kanal 12” məlumat yayıb.
Məlumata görə, Netanyahu səhər saatlarında şəxsi təyyarə ilə BƏƏ-yə gedib, gün ərzində orada qaldıqdan sonra İsrailə qayıdıb.
Məlumata əsasən, səfərin məqsədi BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla təkbətək görüş olub. Görüşün mövzusu açıqlanmayıb. Netanyahunun ofisi xəbərə münasibət bildirməyib.
Mənbə
axar.az