Dünya

Tanker bazarında GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: İşlənmiş gəmilər yenilərini geridə qoydu

28 Sep 2026, 04:42 2 baxış
Tanker bazarında GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: İşlənmiş gəmilər yenilərini geridə qoydu
İşlənmiş supertankerlərin qiyməti fraxt tariflərinin kəskin artması fonunda brokerlərin müşahidələri tarixində ilk dəfə yeni gəmilərin qiymətini ötüb. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb. Brokerlərin məlumatına görə, təxminən 2 milyon barel neft daşıya bilən VLCC sinifli işlənmiş tankerlərin qiyməti yeni gəmilərin qiymətini geridə qoyub. Məsələn, 2011-ci ildə inşa edilmiş, 314 min tonluq "Sea Leopard" supertankeri 135 milyon dollara satılıb. Eyni dövrdə yeni VLCC-nin qiyməti təxminən 131 milyon dollar təşkil edib. Yüksək fraxt tarifləri gəmi sahiblərini köhnə tankerləri satmaq əvəzinə onları istismarda saxlamağa sövq edir. Nəticədə dərhal istifadəyə hazır gəmilərə tələbat artır və onların qiyməti yüksəlir. "Baltic Exchange"in məlumatına görə, sentyabr ayında Yaxın Şərq körfəzi-Çin marşrutu üzrə VLCC fraxt göstəricisi sutkada 1 milyon dolları keçib. Bu da tanker bazarında qiymətlərin artmasına səbəb olub.
Tanker bazarında GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: İşlənmiş gəmilər yenilərini geridə qoydu
Mənbə oxu.az

Oxşar Xəbərlər