Digər

Şəhid Vüsal İsmayılov "Ohanyan səddi"nin yarılmasında iştirak edib - VİDEO

28 Sep 2026, 01:08 2 baxış
Şəhid Vüsal İsmayılov "Ohanyan səddi"nin yarılmasında iştirak edib - VİDEO
Vətən müharibəsinin ilk günündə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən və şəhid olan qəhrəmanlardan biri də Vüsal İsmayılovdur. Baku TV-nin məlumatına görə, Vüsal İsmayılov müharibənin ilk saatlarında ermənilərin qurduğu "Ohanyan səddi"nin müdafiə xəttinin yarılmasında iştirak edib. O, Cəbrayıl istiqamətində gedən ağır döyüşlər zamanı yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməyib və düşmən mövqelərinə doğru irəliləyərkən şəhid olub.

Şəhidin oğlu atasının xatirəsini qürurla yaşatdığını deyib: "Mən atamla çox fəxr edirəm. Qürurlanıram ki, onun oğluyam. Məktəbdə mənə suallar verəndə onlara cavab verirəm ki, mənim atam qəhrəman olub". Ailə Vüsal İsmayılovun keçdiyi döyüş yolunu və göstərdiyi qəhrəmanlığı hər zaman qürurla xatırlayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər