Digər

Ərdoğan Trampla bunları müzakirə edəcək

05 Jan 2026, 14:13 1 baxış
Ərdoğan Trampla bunları müzakirə edəcək

F-35 və F-16 qırıcı təyyarələrinin alınması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında bazar ertəsi günü keçirilməsi planlaşdırılan telefon danışığının əsas mövzularından biri olacaq.


Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.


“Liderlər həmçinin CAATSA qanunu çərçivəsində tətbiq edilən sanksiyaların ləğvi, Türkiyə Silahlı Qüvvələri üçün F-16 və F-35 təyyarələrinin tədarükü, “Xalqbank” işi və kürd SDQ-nin Suriya ordusuna inteqrasiyası məsələlərini müzakirə edəcək. Qəzzadakı vəziyyət danışıqların ayrıca mövzusuna çevrilə bilər”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər