Digər

Maduronu qoruyan 32 kubalı öldü, ölkə matəm elan etdi

05 Jan 2026, 11:02 1 baxış
Maduronu qoruyan 32 kubalı öldü, ölkə matəm elan etdi

Kuba hökuməti ABŞ-ın Venesueladakı reydi zamanı hərbi və kəşfiyyat işçiləri də daxil olmaqla, 32 Kuba vətəndaşının öldürüldüyünü rəsmən təsdiqləyib.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Məlumata görə, Kuba Prezidenti Migel Diaz-Kanel onları - Maduronu müdafiə edərkən döyüşlərdə həlak olanları “qəhrəman” adlandırıb və iki günlük milli matəm elan edib.


Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Mənbə axar.az

Oxşar Xəbərlər