Digər

Maduronun həbsi ilə 2 milyard dollarımız batdı - Zəncani

05 Jan 2026, 11:37 1 baxış
Maduronun həbsi ilə 2 milyard dollarımız batdı - Zəncani

Venesuela Prezidenti Nikolas Maduronun həbs edilməsi ilə bu ölkənin İrana ödəməli olduğu 2 milyard dollar borc da batdı.


Axar.az xəbər verir ki, bunu İranın tanınmış iş adamı Babək Zəncani özünün X səhifəsində yazıb.


“İran tarixində sanksiyalara görə təzyiqlərə məruz qalan və edam hökmünə məhkum edilən yeganə şəxs mən olmuşam”, - iş adamı əlavə edib.


O, ad çəkmədən Venesuelada olan 2 milyard dolların sanksiyalardan yayınmaq istəyən İran hökuməti məmurlarının fırıldaqçılığı nəticəsində yoxa çıxdığını yazıb.

Mənbə axar.az

Oxşar Xəbərlər