Digər
Maduronun azad edilməsi üçün xüsusi komissiya yaradıldı
Venesuela hakimiyyəti qaçırılan Prezident Nikolas Maduro və onun arvadının azad edilməsi üçün xüsusi komissiya yaradıb.
Axar.az xəbər verir ki, bunu Venesuelanın informasiya və kommunikasiya naziri Freddi Nyanes deyib.
O bildirib ki, Nazirlər Şurasının iclasında ölkənin müvəqqəti lideri Delsi Rodriges Maduro və arvadının azad edilməsinə yönəlmiş yüksək səviyyəli komissiya yaradıb:
“Müvafiq komissiyaya parlamentin sədri Xorxe Rodriges rəhbərlik edəcək”.
Mənbə
axar.az