Digər

Siyəzəndə kişi iş yerində qəfil öldü

05 Jan 2026, 09:41 22 baxış
Siyəzəndə kişi iş yerində qəfil öldü

Siyəzəndə kişi iş yerində ölüb.


Axar.az xəbər verir ki, hadisə Qalaşıxlı kəndində baş verib.


Belə ki, 1970-ci il təvəllüdlü Azər Məmmədov işlədiyi Siyəzən rayonu Qalaşıxlı kəndində “Beşbarmaq pirinin altı” adlanan ərazidə yerləşən marketdə qəflətən halı pisləşərək ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər