Digər

Danimarkdan Trampa: Dərhal təhdidləri dayandır!

05 Jan 2026, 08:00 1 baxış
Danimarkdan Trampa: Dərhal təhdidləri dayandır!

Qrenlandiya krallığın bir hissəsidir və ABŞ təhdidlərini dayandırmalıdır.


Axar.az xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen deyib.


O bildirib ki, Vaşinqtonun adaya nəzarəti ələ keçirməsinin heç bir anlamı yoxdur.


"ABŞ-ın krallığın 3 tərəfindən (Danimarka, Qrenlandiya və Farer adaları) heç birini ilhaq etmək hüququ yoxdur. Danimarka Krallığı və buna görə də Qrenlandiya NATO-nun bir hissəsidir, alyansın təhlükəsizlik zəmanətləri altındadır. Artıq krallıq və ABŞ arasında ABŞ-a Qrenlandiyaya geniş giriş imkanı verən müdafiə müqaviləmiz var və biz Arktika təhlükəsizliyinə əhəmiyyətli dərəcədə sərmayə qoymuşuq.


Buna görə də, mən ABŞ-ı tarixən yaxın müttəfiqə, eləcə də satış üçün olmadığını açıq şəkildə bildirən başqa bir ölkəyə və başqa bir xalqa qarşı təhdidləri dayandırmağa çağırıram", - deyə o bildirib.


Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp Qrenlandiyanın ABŞ-ın müdafiəsi üçün lazım olduğunu açıq şəkildə qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər