Digər

Niyə məhz Maduro? Növbəti kimdir?

04 Jan 2026, 23:41 1 baxış
Niyə məhz Maduro? Növbəti kimdir?

Dünənə qədər dünyada birbaşa və ya dolayı yolla ABŞ-ın nəzarəti altında olmayan yalnız üç əsas neft ixrac edən ölkə var idi: Rusiya, İran və Venesuela.


Axar.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatı şərh edərkən deyib.


“İndi ikisi qaldı”, - politoloq əlavə edib.


Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və xüsusi təyinatlılar Prezident Nikolas Maduronu həyat yoldaşı ilə birgə əsir götürərək, ABŞ-a aparıb.

Mənbə axar.az

Oxşar Xəbərlər