Digər

Maduronun mühafizəçiləri məhv edilib - Lopes

04 Jan 2026, 21:54 1 baxış
Maduronun mühafizəçiləri məhv edilib - Lopes

Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı onun təhlükəsizliyini təmin edən mühafizə əməkdaşlarının əhəmiyyətli hissəsi qətlə yetirilib.


Axar.az xəbər verir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes qeyd edib.


Nazir bildirib ki, prezidentin ələ keçirilməsi zamanı mühafizəçilərə hücum edilib və onların böyük bir qismi soyuqqanlı şəkildə öldürülüb.


Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat həyata keçirib. Əməliyyat zamanı prezident Nikolas Maduro həyat yoldaşı Siliya Floreslə birlikdə saxlanılaraq ölkədən çıxarılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər