Digər

Nigeriyada qayıq çevrildi: azı 25 nəfər öldü

04 Jan 2026, 20:37 1 baxış
Nigeriyada qayıq çevrildi: azı 25 nəfər öldü

Nigeriyanın şimalında faciəli qayıq qəzası baş verib, nəticədə azı 25 nəfər həlak olub.


Axar.az Finlandiyanın “Yle” nəşrinə istinadən xəbər verir ki, hadisə şənbə günü axşam Yobe çayında, onlarla sərnişini daşıyan qayıq Ciqava ştatının Adiyani kəndindən qonşu Yobe ştatına hərəkət edərkən baş verib.


Hakimiyyət orqanlarının məlumatına görə, qayıq yaranan sızma səbəbindən batıb. Qayıqda ümumilikdə 52 nəfər olub, onlardan yalnız 13-nü xilas etmək mümkün olub. Daha 14 sərnişin itkin düşmüş hesab olunur.


Bildirilib ki, bu cür hadisələr gəmilərin həddindən artıq dolu olması və su nəqliyyatında təhlükəsizlik qaydalarına zəif riayət olunması səbəbindən Nigeriyada geniş yayılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər