Digər

Şimali Koreyadan Maduronun ələ keçirilməsinə - Reaksiya

04 Jan 2026, 17:08 1 baxış
Şimali Koreyadan Maduronun ələ keçirilməsinə - Reaksiya

ABŞ-ın Venesueladakı hegemonluq cəhdlərini (Prezident Maduronun əsir götürülərək, ABŞ-a aparılmasını - red.) qətiyyətlə pisləyirik. Bu hadisə ABŞ-ın qəddar təbiətini bir daha açıq şəkildə təsdiqləyən nümunədir.


Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında deyilir.


Qeyd edək ki, ötən gün ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Mənbə axar.az

Oxşar Xəbərlər