Digər

ABŞ Maduroya Türkiyəyə getməyi təklif edibmiş

04 Jan 2026, 13:45 1 baxış
ABŞ Maduroya Türkiyəyə getməyi təklif edibmiş

ABŞ 2025-ci il dekabrın 23-də Venesuela Prezidenti Nikolas Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməyi təklif edib.


Axar.az xəbər verir ki, bu barədə Nyu York Taymsa (NYT) adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.


Lakin Venesuela Prezidenti bu planı “qəzəblə rədd edib”. Nikolas Maduronun reaksiyasından aydın olub ki, o, Vaşinqtonun təkliflərini ciddi şəkildə nəzərdən keçirməyi planlaşdırmır.


Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Hazırda Venesuela Prezidenti və həyat yoldaşı Nyu Yorka gətirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər