Digər

Almatı hava limanında 20 reys təxirə salındı - Səbəb

04 Jan 2026, 11:31 5 baxış
Almatı hava limanında 20 reys təxirə salındı - Səbəb

Qazaxıstanın Almatı hava limanında əsasən “Air Astana” şirkətinin 20-dən çox reysi təxirə salınıb.


Axar.az xəbər verir ki, bu barədə “Air Astana” aviaşirkəti məlumat yayıb.


“3-4 yanvar gecəsi Almatını duman bürüyüb və görünüş məsafəsi 150 metrdən az olub. Pis hava şəraitinə görə uçuşlar təxirə salınıb.


Aviaşirkət cədvəli bərpa etmək üçün bütün tədbirləri görür, o cümlədən, “FlyArystan” ehtiyat təyyarəsindən istifadə edir. Sərnişinlərə hava limanına getməzdən əvvəl aviaşirkətin veb saytında uçuşun vəziyyətini yoxlamaq tövsiyə olunur”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər