Digər

Maduro nə vaxt məhkəməyə çıxarılacaq?

04 Jan 2026, 09:30 1 baxış
Maduro nə vaxt məhkəməyə çıxarılacaq?

Venesuela Prezidenti Nikolas Maduro Nyu York ətrafındakı hava limanına gətirilməlidir.


Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” bir neçə rəsmi şəxsə istinadən məlumat yayıb.


Mənbələrin bildirdiyinə görə, Maduronun Nyu Yorkda rəsmi qeydiyyat prosedurundan keçirilməsi və daha sonra “Metropolitan Detention Center” həbsxanasına köçürülməsi planlaşdırılır.


Amerikalı rəsmilərin sözlərinə görə, Venesuela prezidenti ən geci bazar ertəsi, yanvarın 5-i axşam saatlarına qədər məhkəmə zalında hakim qarşısına çıxmalıdır.


Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Mənbə axar.az

Oxşar Xəbərlər