Digər

Trampla bu tarixdə yenidən görüşəcəm - Zelenski

04 Jan 2026, 00:55 1 baxış
Trampla bu tarixdə yenidən görüşəcəm - Zelenski

Ukrayna və ABŞ prezidentləri yenidən görüşəcəklər.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski brifinqdə məlumat verib.


Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb.


Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin görüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq. Liderlər bir çox məsələni müzakirə edəcəklər. Lakin əsas diqqət təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpasına yönəldiləcək.


Prezident əlavə edib ki, Donald Trampın komandası ilə də görüşlər olacaq və bu görüşlər Parisdə keçiriləcək.


Qeyd edək ki, dekabrın 28-də Ukrayna və ABŞ prezidentləri Floridada görüşüblər.

Mənbə axar.az

Oxşar Xəbərlər