Digər

ABŞ və Venesuelanın neft istehsalını toplasanız... - Rusiya

03 Jan 2026, 22:25 1 baxış
ABŞ və Venesuelanın neft istehsalını toplasanız... - Rusiya

Venesuela ən böyük neft ehtiyatlarına malikdir.


Axar.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.


O bildirib ki, Venesuela nefti dünya ehtiyatlarının təxminən 20%-ni əhatə edir ki, bu da ABŞ-dan təxminən 7 dəfə çoxdur:


"Eyni zamanda, Amerika sanksiyaları hasilatı təxminən 3 milyon potensialla gündə təxminən 700 min barrel səviyyəsində saxlayır. ABŞ və Venesuelanın istehsalını toplasanız, bu, dünya tədarükünün beşdə birini təşkil edəcək".


Qeyd edək ki, bu gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Mənbə axar.az

Oxşar Xəbərlər