Digər

Maduronun ələ keçirilməsinə görə dərindən sarsılmışıq - Çin

03 Jan 2026, 21:17 1 baxış
Maduronun ələ keçirilməsinə görə dərindən sarsılmışıq - Çin

Çin ABŞ-ın Venesuelaya hücumundan, Prezident Nikolas Maduronun ələ keçirilməsindən dərindən sarsılıb.


Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.


"Biz ABŞ-ı beynəlxalq hüquqa və BMT Nizamnaməsinin müddəalarına riayət etməyə, həmçinin digər ölkələrin suverenliyinə və təhlükəsizliyinə qarşı təcavüzləri dayandırmağa çağırırıq", - bəyanatda vurğulanıb.


Qeyd edək ki, bu gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Mənbə axar.az

Oxşar Xəbərlər