Digər

ABŞ Karakasa desantı bu cür çıxardı - Video

03 Jan 2026, 14:35 1 baxış
ABŞ Karakasa desantı bu cür çıxardı - Video

Xəbər verdiyimiz kimi, ABŞ-ın Karakasa desant qüvvələri endirməsi barədə məlumatlar yayılıb.


Axar.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Venesuela hərbi obyektlərinə hücum edib, Karakasdakı hava bazalarına zərbələr endirilib.


Qeyd olunub ki, Karakas üzərində təxminən on ABŞ helikopteri müşahidə edilib. Görüntülərdə hücum təyyarəsi də qeydə alınıb.


Məlumatlara görə, ölkənin şimalındakı Vargas ştatında Hərbi Dəniz Akademiyasının yerləşdiyi dəniz bazasına da ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri qırıcı təyyarələri havaya qaldırıb.


Xatırladaq ki, ABŞ Prezidenti Tramp Venesuela lideri Maduro və həyat yoldaşının ələ keçirildiyi və ölkədən çıxarıldığını açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər