Digər

ABŞ Venesuela parlamentinin binasına zərbə endirdi

03 Jan 2026, 13:14 1 baxış
ABŞ Venesuela parlamentinin binasına zərbə endirdi

ABŞ Venesuela parlamentinin binasına zərbə endirib.


Axar.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsində bildirib.


Onun sözlərinə görə, ABŞ Venesuelada ən azı 11 obyektə hücum edib.


"Karakasdakı federal qanunvericilik sarayı bombardman edilib", - o yazıb.


Prezident əlavə edib ki, La-Karlota aviabazası, Katiya-La-Mardakı dağ kazarmaları, eləcə də Fort Tiuna hərbi bazası bombalanaraq sıradan çıxarılıb. Petronun sözlərinə görə, El-Xatilyodakı hava limanı da zərbəyə məruz qalıb.


Bundan başqa, Barkisimetodakı 3 saylı F-16 bazası bombardman edilib, Çarallave şəhərindəki özəl hava limanı isə sıradan çıxarılıb.


Miraflores rayonunda müdafiə planı aktivləşdirilib.


Petronun bildirdiyinə görə, Karakasın bir sıra rayonları, o cümlədən Santa-Monika, Fort Tiuna, Los-Tekes, "23 yanvar", eləcə də paytaxtın cənub hissəsi elektrik enerjisiz qalıb. Karakasın mərkəzi hissəsinə də hücumlar barədə məlumatlar var.


Qeyd edək ki, bu gün ABŞ ordusu Venesuelaya zərbələr endirib.

Mənbə axar.az

Oxşar Xəbərlər