Digər

Helikopter qəzaya uğradı: 4 nəfərdən xəbər yoxdur

03 Jan 2026, 10:38 1 baxış
Helikopter qəzaya uğradı: 4 nəfərdən xəbər yoxdur

ABŞ-ın Arizona ştatında, Feniks şəhəri yaxınlığındakı dağlıq ərazidə şəxsi helikopter qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” telekanalı məlumat yayıb.


Hadisə yanvarın 2-də yerli vaxtla saat 11:00 radələrində baş verib.


Helikopterin göyərtəsində 4 nəfərin olduğu bildirilir. Onların vəziyyəti barədə hələlik məlumat yoxdur.


Xilasetmə xidmətləri qəza yerinə çatmağa çalışır. Hadisə ilə bağlı araşdırmanı ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası aparacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər