Digər

Natavan özünə biznes qurub – Özü açıqladı

03 Jan 2026, 01:02 1 baxış
Natavan özünə biznes qurub – Özü açıqladı

Səid bizə tez-tez gəlir, Zeydlə 5-6 gün bir yerdə qalırlar. Öz dövlətləri var, onlara qarışmırıq. Ailəsi də özəl günlərdə yanımızdadılar. Səid və oğlum dostdur. Hətta bağ evləri bizim yaxınımızdadır. Demək olar ki, qonşuyuq.


Axar.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Qonaqcanlı" verilişində deyib.


Sənətçi keçmiş həyat yoldaşı, reper Dado (Səid Əliyev) haqqında danışıb.


O bildirib ki, Dado oğluna görə tez-tez onlarda qalır.


Natavan şəxsi biznesindən də bəhs edib. Sənətçi əsas gəlirinin toylar yox, biznesi olduğunu bildirib:


"Sənətdən qazanmağıma ümidim qalmayan ərəfədə biznes qurdum. Ailəyə mən baxıram. Ticarət işidir. Toylarım da olur, amma prodüserlər onu burmasa, mənə gəlib çatsa".

Mənbə axar.az

Oxşar Xəbərlər