Dünya
Merts: "2026-cı il Almaniya və Avropa üçün həlledici ola bilər"
Almaniya Kansleri Fridrix Merts hesab edir ki, qarşıdan gələn 2026-cı il həm ölkəsi, həm də bütövlükdə Avropa üçün həlledici ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə Almaniya lideri Yeni il müraciətində bildirib. Onun sözlərinə görə, 2026-cı il Almaniya və Avropanın onilliklər boyu sülh, azadlıq və rifaha nail ola biləcəyi yeni bir dövrün başlanğıcı ola bilər. Merts inanır ki, gələn ilin "irəliləyiş anı" olması mümkündür. Kansler dünyanın sürətlə dəyişdiyini və bu durumun hər kəsə təsir etdiyini vurğulayıb. Ölkəsinin üzləşdiyi əsas çətinliklər arasında o, Almaniyanın azadlığı və təhlükəsizliyini birbaşa təhdid edən Ukraynadakı münaqişəni də qeyd edib.
Mənbə
oxu.az