Dünya

Paşinyandan Simonyana toy hədiyyəsi - Yüksək vəzifə verdi

13 Aug 2026, 12:41 1 baxış
Paşinyandan Simonyana toy hədiyyəsi - Yüksək vəzifə verdi
Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub. O, bu postda Armen Qriqoryanı əvəzləyib. Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncamı baş nazir Nikol Paşinyan imzalayıb. Bundan əvvəl keçirilən hökumət iclasında N.Paşinyan bildirmişdi ki, A.Qriqoryan Təhlükəsizlik Şurasının katibi kimi bu toplantıda son dəfə iştirak edir. Qeyd edək ki, o, sözügedən vəzifəni təqribən səkkiz il ərzində icra edib. Təhlükəsizlik Şurası katibinin dəyişdiriləcəyi barədə daha öncə Ermənistan mediasında məlumatlar yayılmışdı. "Hraparak" nəşri Paşinyanın Qriqoryanı yenidən bu vəzifəyə təyin etmək niyyətində olmadığını yazmışdı. Daha sonra "MakaryanNews" resursu 7 iyun parlament seçkilərindən sonra vəzifəsiz qalan sabiq spiker Alen Simonyanın bu posta gətirilə biləcəyini iddia etmişdi. İndi isə A.Simonyanın yeni vəzifəyə təyin olunması ilə bağlı yayılan xəbərlər rəsmi şəkildə öz təsdiqini tapıb. Xatırladaq ki, yaxın günlərdə 46 yaşlı Simonyan və 26 yaşlı aktrisa-model Aneliya Qubryanın toy mərasimi baş tutacaq. Cütlük bu ilin fevral ayında nişanlanıblar, iyun ayında isə rəsmi nikaha daxil olublar. A.Simonyan keçmiş həyat yoldaşı Maryam Marqaryandan ötən il boşanıb. Onların iki övladı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər