Dünya

Britaniyada rekord istilər: Ərzaq böhranı yarana bilər

13 Aug 2026, 12:20 1 baxış
Britaniyada rekord istilər: Ərzaq böhranı yarana bilər
2026-cı ilin yayı Böyük Britaniyada bütün müşahidələr tarixi ərzində ən isti dövr ola bilər, qeydə alınan temperatur isə kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üçün risklər yaradır. Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalist Anna Jixareva "İzvestiya" nəşrinə bildirib. "Əkin sahələri qızmar günəş altında yanır, bu isə bütün krallıq ərazisinin dörddə üçüdür və burada artıq qida təhlükəsizliyi ilə bağlı problemlər var", - deyə o qeyd edib. Jurnalistin sözlərinə görə, ölkədə havanın temperaturu 38 dərəcəyə çatır ki, bu da Böyük Britaniyada avqust ayı üçün rekord göstəricidir. Anna Jixareva hesab edir ki, uzun müddət davam edən isti hava iqtisadiyyat və sosial sahə üçün ciddi nəticələrə gətirib çıxara bilər. Həmçinin quraqlıq və yüksək temperatur səbəbindən təxminən 2000 qolf meydançası zərər görə bilər. Böyük Britaniya belə ərazilərin sayına görə ABŞ və Yaponiyadan sonra dünyada ilk yerlərdən birini tutur.
Mənbə oxu.az

Oxşar Xəbərlər