Dünya
Pit Heqset: "Tramp administrasiyası Kubaya qarşı hərbi addımları istisna etmir"
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, Donald Tramp Administrasiyası Kuba ilə bağlı bütün mümkün hərəkət ssenarilərini, o cümlədən hərbi müdaxilə variantlarını nəzərdən keçirir. Oxu.Az-ın Kp.ru saytına istinadən verdiyi məlumata görə, Pentaqon rəhbəri bu bəyanatla Panamada jurnalistlər qarşısında çıxış edərkən danışıb. Heqset qeyd edib ki, Ağ Ev rəhbərinin Vaşinqtonun əsas strateji maraqlarını müdafiə etmək əzmində olmasını Kubanın nəzərə alması məqsədəuyğun olardı. Havanaya qarşı hərbi əməliyyatın mümkünlüyü barədə sualı cavablandıran müdafiə naziri vurğulayıb ki, Birləşmiş Ştatların gələcək addımları üçün "çox sayda variant" mövcuddur. Xatırladaq ki, bundan əvvəl Donald Tramp Kuba ilə bağlı güc tətbiqi ssenarisinin mümkünlüyü barədə dəfələrlə fikirlər səsləndirib. Hələ fevral ayında ABŞ lideri adanın nəzarətə götürülməsi ehtimalını istisna etməmiş, mart ayında isə Kubanı İrandan sonra ABŞ Silahlı Qüvvələrinin növbəti hədəfi adlandırmışdı. Həmin vaxt o, ABŞ ordusunu bir daha "böyük" adlandıraraq, amerikalıların belə bir hərbi qüdrətə məhz onun səyləri nəticəsində sahib olduğunu bildirmişdi.
Mənbə
oxu.az