Dünya

Kolumbiya ABŞ-dən birgə əməliyyat keçirməyi xahiş etdi - SƏBƏB

13 Aug 2026, 12:52 1 baxış
Kolumbiya ABŞ-dən birgə əməliyyat keçirməyi xahiş etdi - SƏBƏB
Kolumbiya hökuməti narkokartellərlə mübarizə çərçivəsində Amerika Birləşmiş Ştatlarına müraciət edərək, yerli qüvvələrlə birgə hərbi əməliyyatların keçirilməsini xahiş edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset açıqlama verib. "Kolumbiya narkoterrorizmə qarşı mübarizədə gücləri birləşdirmək üçün artıq ABŞ Müdafiə Nazirliyinə müraciət edib. Terrorçuları və onların şəbəkələrini məhv etmək məqsədilə birgə hərbi əməliyyatların aparılmasına icazə verilib", - deyə amerikalı nazir Panamada çıxışı zamanı bildirib. Heqset, həmçinin qeyd edib ki, Kolumbiya ABŞ tərəfindən narkokartellərə qarşı yaradılmış "Amerika Qalxanı" alyansına qoşularaq onun 19-cu üzvü olacaq. "Reuters" agentliyinin məlumatına görə, daha sonra jurnalistlərin suallarını cavablandıran Pentaqon rəhbəri kolumbiyalı həmkarı ilə Vaşinqtonun terrorçu hesab etdiyi "Milli Azadlıq Ordusu" partizan qruplaşmasının qüvvələrinə birgə zərbələr endirmək ehtimalını müzakirə edib-etmədikləri barədə suala müsbət cavab verib. "Terrorçu kimi tanınan təşkilatlar ABŞ hökuməti və onun tərəfdaş dövlətləri üçün qanuni hədəflər olacaq", - deyə o əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər