Cəmiyyət

Cəlilabadın 35 kəndində işıqlar kəsilib

13 Aug 2026, 12:48 1 baxış
Cəlilabadın 35 kəndində işıqlar kəsilib
Cəlilabad rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Oxu.Az xəbər verir ki, buna səbəb "Cəlayir" yarımstansiyasında aparılan təmir işləridir. Bununla əlaqədar rayon üzrə 6 155 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq. Elektrik enerjisinin verilişində fasilə yaranacaq yaşayış məntəqələri bunlardır: Cəlayir, Mirzəli, Lallar, Cəngan, Fərəcullalı, Tahirli, Ağusəm, Soltankənd, Ləzran, Çinar, Kövüzbulaq, Edişə, Zəhmətabad, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şatırlı, Badamağac, Buravar, Ləkin, Musalı, Əsədli, Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbiəlli, Boyxanlı, Məlikqasımlı, Şötüklü, Novruzallı, Məşədilər, Dostallı və Yusifli kəndləri.
Mənbə oxu.az

Oxşar Xəbərlər