Digər
Gürcüstan bu Rusiya vətəndaşlarını ölkəyə buraxmır
Gürcüstan tərəfi bəzi Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoymağa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin Rusiya seqmentində məlumat yayılıb.
Bildirilib ki, pasportlarındakı "doğum yeri” xanasında Krım və ya Luqansk qeyd olunan Rusiya vətəndaşları Gürcüstana buraxılmayıb.
Mənbə bildirib ki, təkcə bir reys üzrə altı sərnişinə Gürcüstana girişinə qadağa qoyulub.
Lakin, Gürcüstan Xarici İşlər Nazirliyinin saytında Krım və ya Luqanskda doğulmuş vətəndaşların ölkəyə girişinə qadağa qoyulması ilə bağlı rəsmi məlumat yoxdur.
Mənbə
axar.az