İdman

Rafael Fiziyevlə döyüşmək istəyir: UFC döyüşçüsündən diqqətçəkən paylaşım - VİDEO

28 Sep 2026, 01:24 3 baxış
Rafael Fiziyevlə döyüşmək istəyir: UFC döyüşçüsündən diqqətçəkən paylaşım - VİDEO
UFC-nin yüngül çəki dərəcəsində çıxış edən amerikalı döyüşçü Kris "Tako" Padilya növbəti görüşünü Azərbaycanın təmsilçisi Rafael Fiziyevlə keçirmək istədiyini bildirib. Oxu.Az xəbər verir ki, Padilya "X" sosial şəbəkəsində Fiziyevin hesabını işarələyərək mişarla çəkilmiş video paylaşıb və "Gəlirəm!" yazıb.

Qeyd edək ki, o, daha əvvəl "The Casuals MMA" podkastında da azərbaycanlı döyüşçüyə çağırış edib. 30 yaşlı Padilyanın peşəkar MMA karyerasında 18 qələbəsi (9-u nokautla, 6-sı boğucu fəndlə), 6 məğlubiyyəti və 1 heç-heçəsi var. O, son döyüşündə Nasrat Haqparastı boğucu fəndlə məğlub edib. 33 yaşlı Fiziyevin hesabında isə 14 qələbə (9-u nokautla, 1-i boğucu fəndlə) və 5 məğlubiyyət var. Onun UFC-dəki göstəricisi 8 qələbə və 5 məğlubiyyətdir. Fiziyev sonuncu döyüşünü iyunun 27-də Bakıda keçirilən UFC turnirində keçirib və Manuel Torresi ikinci raundda nokautla məğlub edib. Bundan əvvəl o, İqnasio Baxamondesi məğlub edib, Maurisio Rüffiyə isə uduzub. Hər iki döyüşçü əsasən muay-tay üslubuna üstünlük verir. UFC statistikasına əsasən, Padilya dəqiqədə orta hesabla 6.67, Fiziyev isə 4.71 dəqiq zərbə endirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər