Mədəniyyət
Zəfər Muzeyi necə ərsəyə gəldi? Memar layihənin əsas simvollarını açıqladı - VİDEO
"Bu layihə əlamətdar, unikal və xüsusi işdir". Oxu.Az xəbər verir ki, bu fikirləri Real TV-yə Zəfər Muzeyinin memarı və dizayneri Françesko Cordana səsləndirib. Müsahibə zamanı memar muzey kompleksinin ideyası və hazırlanma prosesi barədə danışıb.
O, 44 günlük Vətən müharibəsini simvolizə edən 44 elementdən ibarət tağ, "Həyat ağacı", şəhidlərin adlarının əks olunduğu memorial bölmə və parkın landşaft konsepsiyası barədə məlumat verib. Layihənin texniki və memarlıq xüsusiyyətlərinə də toxunulub. Françesko Cordana bildirib ki, layihənin əhəmiyyəti yalnız memarlıq və şəhərsalma ilə məhdudlaşmır. Onun sözlərinə görə, əsas məqsədlərdən biri şəhərin müəyyən hissəsini yenidən formalaşdırmaqla yanaşı, ölkənin tarixini, mədəniyyətini və cəmiyyətin ortaq duyğularını ifadə edən simvolik məkan yaratmaq olub. Memarın sözlərinə görə, muzeyin forma və konturlarında müxtəlif mesajlar əksini tapıb və həmin simvolların mənasını ziyarətçilərin özlərinin kəşf etməsi nəzərdə tutulub.

Mənbə
oxu.az