Digər

Putinin iqamətgahına hücum... - Şərif

30 Dec 2025, 13:38 1 baxış
Putinin iqamətgahına hücum... - Şərif

Pakistan Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdini pisləyir.


Axar.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif X səhifəsində yazıb.


“Bu iyrənc akt, xüsusilə sülhə nail olmaq üçün səy göstərildiyi bir vaxtda sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhlükə yaradır”, - o bildirib.


Şərif Pakistanın Rusiya prezidenti, hökuməti və xalqı ilə həmrəy olduğunu vurğulayıb.


Qeyd edək ki, dekabrın 29-u Ukrayna ordusunun dronlardan istifadə edərək Putinin iqamətgahına hücum etdiyi iddia edilib.


Ukrayna lideri Zelenski bu iddiaları təkzib edib.

Mənbə axar.az

Oxşar Xəbərlər