Digər

İrandan Trampın fikirlərinə sərt reaksiya...

30 Dec 2025, 09:15 1 baxış
İrandan Trampın fikirlərinə sərt reaksiya...

İrana qarşı hər hansı təcavüz sərt və dərhal cavabla nəticələnəcək.


Axar.az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani X hesabında ABŞ Prezidenti Donald Trampın ölkəsinə güc tətbiqi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.


"İranın müdafiə doktrinasında bəzi cavab tədbirləri hələ təhdid reallaşmamışdan əvvəl müəyyən edilir. İranın raket və müdafiə imkanları nəzarətə tabe deyil və icazə tələb etmir. Hər bir təcavüz, təşkilatçılarının təsəvvüründən kənara çıxan dərhal və sərt cavabla qarşılanacaq", - Şamxani yazıb.

Mənbə axar.az

Oxşar Xəbərlər