Digər

Rus ordusunun Zaporojyedə məqsədi budur

30 Dec 2025, 08:30 1 baxış
Rus ordusunun Zaporojyedə məqsədi budur

Cəbhənin cənub istiqamətində rus işğalçıları tərəfindən ciddi fəallaşma müşahidə olunur.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Cənub istiqaməti üzrə sözçüsü Vladislav Voloşin bildirib.


Voloşinin sözlərinə görə, rus qüvvələri Zaporojye vilayətində yerləşən Stepnoqorsk qəsəbəsini ələ keçirməyi qarşılarına məqsəd qoyublar:


“Düşmənin taktikası qəsəbəyə aparan əsas yollar vasitəsilə kiçik qrupların davamlı şəkildə sızdırılmasından ibarətdir”.


Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, düşmənin hücumlarının intensivliyi hər gün artsa da, Ukrayna hərbçiləri düşmənin diversiya-kəşfiyyat qruplarının (DRQ) aşkarlanması və məhv edilməsi istiqamətində aktiv tədbirlər həyata keçirirlər:


“Bundan əlavə, rus ordusunun şaxtalı havalarda döyüş əməliyyatları aparmağa hazırlaşdığına dair əlamətlər var”.

Mənbə axar.az

Oxşar Xəbərlər