Cəmiyyət

Şəhid övladları üçün Yeni il şənliyi keçirilib

29 Dec 2025, 18:14 1 baxış
Şəhid övladları üçün Yeni il şənliyi keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 50 azyaşlı şəhid övladı üçün Yeni il şənliyi keçirilib. Oxu.Az xəbər verir ki, animatorlar, Şaxta baba, Qar qız və digər maraqlı personajların iştirakı ilə keçən şənlik şəhid övladları tərəfindən maraqla qarşılanıb. Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb. Tədbirin sonunda uşaqlara hədiyyələr paylanıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər