Cəmiyyət

Bakıda zəncirvari qəzada üç avtobus toqquşdu

29 Dec 2025, 17:48 1 baxış
Bakıda zəncirvari qəzada üç avtobus toqquşdu
Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınan yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, bu gün saat 12:20-də Şamil Kərimov küçəsi, 12A ünvanında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib: "İlkin məlumata əsasən, digər daşıyıcılara məxsus iki avtobus arasında qəza baş verib və nəticədə avtobuslardan biri dayanacaqda dayanan "BakuBus" MMC-yə məxsus 57 nömrəli müntəzəm marşrut xətti istismarda olan avtobusa arxadan çırpılıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, araşdırma aparılır". Aygün Mirakif Bakıda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Bildirilib ki, hadisə zamanı üç marşrut avtobusu və bir avtomobil toqquşub. Qəzada xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Bakıda zəncirvari qəzada üç avtobus toqquşdu
Mənbə oxu.az

Oxşar Xəbərlər