Cəmiyyət

"Atena" MMC-yə məxsus qatıqdan şikayət: "Vaxtı keçməsə də, kiflənib"

29 Dec 2025, 17:50 1 baxış
"Atena" MMC-yə məxsus qatıqdan şikayət: "Vaxtı keçməsə də, kiflənib"
Bakı şəhəri, Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən marketlərin birindən alınan qatığın kifləndiyi aşkarlanıb. Bu barədə Oxu.Az-a vətəndaş müraciəti daxil olub. Müraciətdə qeyd olunur ki, məhsulun istifadə müddəti 2026-cı il yanvarın 14-də bitməli olsa da, qatıqdan artıq kəskin qoxu gəlir və üzərində kif göbələyi yaranıb. Sözügedən qatıq "Atena" MMC-yə məxsusdur.
{{gallery}} Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlanıb. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər