Cəmiyyət

Kişi 15 metrlik kanalizasiya quyusuna düşdü - Video

29 Dec 2025, 16:08 2 baxış
Kişi 15 metrlik kanalizasiya quyusuna düşdü - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Nazirlikdən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Rövşən Feyruz oğlu Nəbiyev dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R.Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.


Mənbə axar.az

Oxşar Xəbərlər