Cəmiyyət

Prokurorluqdan plastik cərrahla bağlı açıqlama

29 Dec 2025, 16:44 1 baxış
Prokurorluqdan plastik cərrahla bağlı açıqlama

Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır.


Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən APA-yabildirilib.


Vurğulanıb ki, plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.


“Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - qeyd olunub.


Xatırladaq ki, sosial şəbəkədə plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan sonra pasiyentin bədəninin çürüməsi ilə bağlı məlumatlar yayılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər