Cəmiyyət

Bakıda evdə yanğın: 1 ölü, 1 yaralı

29 Dec 2025, 14:19 1 baxış
Bakıda evdə yanğın: 1 ölü, 1 yaralı

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.


Axar.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb.


Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər