Cəmiyyət

Qızılın qiymətini artıran meyarlar - Ekspertlər nələri açıqladılar?

27 Dec 2025, 16:24 1 baxış
Qızılın qiymətini artıran meyarlar - Ekspertlər nələri açıqladılar?
Son dövrlərə qədər qiymət artımının bir qədər səngidiyi qızıl yenidən bahalaşmağa başlayıb. Belə ki, qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 500 dolları keçərək tarixi maksimumu yeniləyib. Sonradan qiymət bir qədər ensə də, son günlərə qədər olan hədlə müqayisədə yüksəkdir. Ümumilikdə isə 2025-ci ildə qızılın qiyməti 70 faizdən çox artıb. Maraqlıdır, bəs kəskin qiymət artımının arxasında hansı amillər dayanır və bahalaşmanın nəticələri nə ola bilər? İqtisadçı Xalid Kərimli Baku TV-yə mövzu ilə bağlı açıqlama verib. "Son vaxtlar ABŞ-nin Venesuela sahillərinə öz hərbi gəmilərini göndərməsi qızılın qiymətini artırır. Çünki qızıl gərginlikdən qidalanan təhlükəsiz aktivdir", - deyə o bildirib. Ekspert qızılın qiyməti və ABŞ dolları arasındakı əlaqəni qiymətli metalın bu valyuta ilə ifadə olunması ilə əsaslandırır. Bu baxımdan bahalaşmanın 2026-cı ildə də davam edəcəyini hesab edir. İqtisadçı Rəşad Həsənov isə qızılın bahalaşmasını qısamüddətli dövrdə iqtisadi konyunkturun və geosiyasi vəziyyətin proqnoz olunmaması ilə izah edir. Daha ətraflı videomaterialda:
Mənbə oxu.az

Oxşar Xəbərlər