Dünya
ABŞ Milli Qvardiya patrulları yeni Milad geyiminə keçiblər
ABŞ-nin böyük şəhərlərində Milli Qvardiya patrulları Milad bayramını qeyd etmək üçün Santa Klausu xatırladan qırmızı papaq taxmağa başlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset özünün "X" sosial şəbəkə hesabında bildirib. "Uniformadakı dəyişiklik tam razılaşdırılıb", - deyə nazir qırmızı papaqlı patrulların təsvir olunduğu videoçarxı paylaşaraq yazıb.
Mənbə
oxu.az